Makronla Paşinyan Qarabağdan danışdı

Hazırda oxunan: Makronla Paşinyan Qarabağdan danışdı

7771

Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Dağlıq Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinə çağırıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Makron, 9 Noyabr atəşkəs razılaşmasından sonra uzunmüddətli bir siyasi həll yolu axtarmaq niyyətində olduğunu söyləyib.

Söhbət əsnasında Makron bütün məhbusların azad edilməsi üçün göstərilən səyləri, həmçinin Ermənistanın iqtisadi inkişafını dəstəkləməyə hazır olduğunu bildirib.

Fransa lideri, erməni xalqını Yeni il və Miladı bayramı münasibətilə təbrik edib.

Dekabr ayında Qarabağ böhranının həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya, Fransa və ABŞ nümayəndə heyətlərinin rəhbərləri Bakı və İrəvanı davamlı sülh bağlamağa çağırdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin