Erməni ombudsman: “Ermənistanda Azərbaycan mədəniyyəti dərsinin keçirilməsində qəbahət görmürəm”

Hazırda oxunan: Erməni ombudsman: “Ermənistanda Azərbaycan mədəniyyəti dərsinin keçirilməsində qəbahət görmürəm”

77392

“Qonşu ölkələrin təhsili, bayrağı, mətbəxi və milli xüsusiyyətləri haqda məlumat almaqda qəbahətli bir şey görmürəm, əksinə uşaqların dünyagörüşünün artırılmasında yaşadığı bölgə böyük rol oynayır”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Kristine Qriqoryan parlamentdə jurnalistlərlə söhbətində deyib.

O, Sevan 4 saylı məktəbində (Qərbi Azərbaycanın Ördəkli şəhəri) keçirilən açıq dərsi misal çəkib. Həmin dərsdə şagirdlərə Azərbaycanın coğrafi xüsusiyyətləri, mədəniyyəti və mətbəxi haqda bilgi verilib.
“Mən belə materiallara görə uşaqlardan istifadə etməyi çox utancverici hesab edirəm. Bu, çox ucuz manipulyasiyadır”.

Qriqoryan jurnalistin sualını şərh edərkən belə deyib. 

“Azərbaycan bayrağını kim görmək istəyirsə, coğrafiya müəllimi ekskursiya təşkil edə, Azərbaycan bayrağının dalğalandığı Zəngəzurdan gedən 21 kilometrlik yolu göstərə bilər”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin