Putin Daxili İşlər Nazirliyinin 5 generalını və 1 polkovniki işdən çıxardı

Hazırda oxunan: Putin Daxili İşlər Nazirliyinin 5 generalını və 1 polkovniki işdən çıxardı

77377

Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin beş generalını və bir polkovnikini işdən azad edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı müvafiq sərəncamı mayın 30-da imzalayıb.

Bu barədə çərşənbə günü sənədlə tanış olan jurnalistlər məlumat veriblər.

Media ilə söhbətdə sənədin həqiqiliyini Daxili İşlər Nazirliyinə yaxın mənbə təsdiqləyib. 

Putinin fərmanı ilə aşağıdakı şəxslər vəzifələrindən azad ediliblər: 

Daxili İşlər Nazirliyinin Vladimir vilayəti üzrə İdarəsinin rəisi, polis general-mayoru Vasili Kukuşkin, Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Aleksandr Laas, Daxili İşlər Nazirliyinin Yaroslavl vilayəti üzrə İdarəsinin rəisi Andrey Lipilin, DİN-in Operativ İdarəsinin rəisi general-mayor Aleksandr Udovenko və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat və Tibbi Təminat İdarəsinin rəis müavini, general-mayor Yuri İnstrankin.

Bundan başqa, prezident Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin birinci müavini, polis polkovniki Emil Musini də işdən çıxarıb.

RBK telekanalının məlumatına görə, dövlət başçısının sərəncamı ilə Daxili İşlər Nazirliyinin polkovniki Aleksey Şkolkin Daxili İşlər Nazirliyinin Yaroslavl vilayəti üzrə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu qərardan əvvəl o, DİN-in Moskva vilayətinin Odintsovo rayonu üzrə İdarəsinə rəhbərlik edib.

Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitlərinin istefaya getməsini jurnalistlərə daxildəki mənbə bildirib. Onun sözlərinə görə, bu, idarədə adi kadr dəyişməsi ilə bağlıdır.

Apreldə Vladimir Putin mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Viktor Niçiporçuku vəzifəsindən azad edib. Bu barədə hüquqi informasiya portalı məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin