Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Murmanskdan olan çoxuşaqlı Xalitovlar ailəsi ilə danışıb.
O, söhbət zamanı söz verib ki, təqaüdə çıxanda Murmansk şəhərinə gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
"Dəvət üçün təşəkkür edirəm. Mən təqaüdə çıxanda bunu mütləq nəzərə alacağam. Ola bilsin ki, daha tez baş tutsun”, deyə Putin qeyd edib.
Bizim.Media