Ermənistanda keçirilən tədbirdə Azərbaycan bayrağı masanın üstünə qoyuldu 

Hazırda oxunan: Ermənistanda keçirilən tədbirdə Azərbaycan bayrağı masanın üstünə qoyuldu 

77170

Ermənistanın Sevan şəhərinin 4 saylı məktəbində 8-ci sinif şagirdlərinin iştirakı ilə Qafqazda sülh mövzusunda tədbir təşkil olunub. Tədbir çərçivəsində Azərbaycan və Türkiyə bayraqlarından da istifadə edilib, həmçinin bu ölkələr haqqında divar kağızları hazırlanıb.

Bizim.Media xəbər verir ki, sözügedən tədbirin fotoları sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

Belə ki, tədbirin təşəbbüskarı olan məktəbin müəllimi Lilit Ayrapetyanın Ermənistanın ombudsmanı Kristina Qriqoryanın qohumu olduğu qeyd olunub.

Qeyd edək ki, istifadəçilərin etirazlarından sonra şəkil məktəbin səhifəsindən silinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin