Erməni spiker: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq deməyə haqqım yoxdur"

Hazırda oxunan: Erməni spiker: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq deməyə haqqım yoxdur"

76998

Ermənistan parlamentinin sədri Alen Simonyan “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsini işlətməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Onun sözlərinə görə, bu, danışıqlar prosesinə mane ola bilər.

Jurnalistlərin “Nə üçün indiki hakimiyyət seçki kampaniyası zamanı olduğu kimi Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyini bəyan etmir?” sualına Simonyan belə cavab verib:

“Vəziyyət hər dəqiqə dəyişir. İndi Ermənistan deyir ki, Qarabağda hüquqları olan erməni əhalisi var".

Parlament sədrinin nöqteyi-nəzərindən “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsini işlətmək danışıqlara xətt çəkmək və sonrakı dialoqdan imtina etmək deməkdir.

Simonyan xatırladıb ki, o, Ermənistan Milli Assambleyasının sədri vəzifəsini tutur və danışıqlarda iştirak etmir:

“Mənim açıqlamalarım prosesə təsir göstərə və erməni tərəfinin imkanlarını məhdudlaşdıra bilər. Həm də belə bəyanatlar verməyə haqqım yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin