Milliyyətcə erməni olan rusiyalı jurnalist Marqarita Simonyan hesab edir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə məğlub olması mümkün deyil. Əks halda, bütün bəşəriyyət üçün hər şey “çox pis” bitəcək.
Bizim.Media xəbər verir ki, o, bu barədə Vladimir Solovyovun verilişinin efirində bildirib.
"Onların hamısı inanır ki, biz mütləq uduzacağıq, Qərb isə mütləq qalib gələcək. Ancaq bunun qeyri-mümkün olduğunu dərk etmirlər. Bu, sadəcə olaraq mümkün deyil, belə olmayacaq. Bunun bütün bəşəriyyət üçün pis sonu olacaq, ya da biz qalib gələcəyik”, deyə o, qeyd edib.
Aydındır ki, Simonyan Rusiyanın uduzacağı təqdirdə nüvə müharibəsinə eyham vurur. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurma həmişə davam edəcək və ruslar “bu yeni həyata öyrəşməlidirlər”.
“Artıq bu sızıltını eşidə bilmirəm: “Uşaqlara yazığım gəlir, uşaqlara yazığım gəlir”. Niyə uşaqlara yazığınız gəlir? Bir çox insanlar peşman olacaq ki, onların uşaqları Qərbdə oxumayacaq, onlar üçün yeni dünya açılmayacaq, hər şey bağlı qalacaq.
Mən deyirəm: "Qulaq asın, insanlar, sevinmək lazımdır. Bu cəsur yeni dünya elə sürətlə cəhənnəmə gedir ki, 10 ildən sonra deyəcəksiniz. Allaha şükür ki, mənim uşağım Qərbdə oxumayıb və onun şansı daha çox olacaq. Yenə də o, mənim uşağım və normal insan olaraq qalacaq”. Özümüzü necə aparsaq da, bizim həyatımızda onlarla bu qarşıdurma mütləq olacaq”, - deyə Simonyan yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:08 / 24.05.2022
Simonyan yenidən bəşəriyyəti hədələdi: Rusiya Ukraynada uduzsa, hər şey pis bitəcək - VİDEO
Hazırda oxunan: Simonyan yenidən bəşəriyyəti hədələdi: Rusiya Ukraynada uduzsa, hər şey pis bitəcək - VİDEO
Hazırda oxunan: Simonyan yenidən bəşəriyyəti hədələdi: Rusiya Ukraynada uduzsa, hər şey pis bitəcək - VİDEO
75924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.