Avropa bazarından kəsilən Rusiyanın ağac tacirləri logistikanı yenidən qurmağa çalışırlar. Bunun fonunda Azərbaycana taxta tədarükü sürətlə artır.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, belə ki, mayın əvvəlində Kostroma vilayətinin sənaye müəssisələri öz məhsullarını İran vasitəsilə xaricə çatdırmaq niyyətində olduqlarını bəyan ediblər.
Komi Respublikasından olan ağac emalı kompleksinin nümayəndələri isə Arxangelsk dəniz limanı vasitəsilə Şimal dəniz yolu ilə Asiya bazarlarına çıxmaq imkanlarını nəzərdən keçirirlər.
Məlumdur ki, ağac tacirləri logistikanı dəmir yolunun xeyrinə yenidən qururlar. Əvvəllər Türkiyəyə məhsul tədarükünün 50%-dən çoxu Sankt-Peterburq və Krasnodar diyarının limanları vasitəsilə həyata keçirilirdi. Hazırda bu axınlar dəmir yoluna keçib.
“Roslesinforq”un məlumatına görə, 2022-ci ilin mart ayında Belarusa (1,8 dəfə), Türkiyəyə (1,6 dəfə), Azərbaycana (37 faiz) və Misirə (23 faiz) dəmir yolu ilə taxta yüklərin tədarükü əhəmiyyətli dərəcədə artıb.
“Aralıq dənizi ölkələrinə çatdırılmalara gəlincə, onlar tam dayanmayıb: yüklər hələ də dəniz yolu ilə çatdırılır, lakin konteynerlərə ağac yüklənmir, yalnız anbarlarda qalıb. Çinə tədarüklə də hər şey istədiyimiz qədər sadə deyil: covid məhdudiyyətləri səbəbindən sərhəddə çoxlu yükün yığılmasına və uzun müddət dayanmasına səbəb olur”. Agentliyin məlumatında belə deyilir.
Qeyd edək ki, sanksiyaların tətbiqindən əvvəl də Çinin satış bazarı Rusiyanın Sibir və Uzaq Şərq regionları üçün prioritet olub.
Bizim.Media
- A-
- A
- A+
Region
12:08 / 19.05.2022
Rusiya meşəsini indi hansı ölkələrə satır? - Azərbaycana tədarük 37 faiz artıb
Hazırda oxunan: Rusiya meşəsini indi hansı ölkələrə satır? - Azərbaycana tədarük 37 faiz artıb
Hazırda oxunan: Rusiya meşəsini indi hansı ölkələrə satır? - Azərbaycana tədarük 37 faiz artıb
75156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.