İsveç və Finlandiyanın NATO-ya üzv olmasına bəzi ölkələr niyə narazıdır? - Baş Ofisdən CAVAB - ÖZƏL

Hazırda oxunan: İsveç və Finlandiyanın NATO-ya üzv olmasına bəzi ölkələr niyə narazıdır? - Baş Ofisdən CAVAB - ÖZƏL

74585

NATO ölkələrinin bəziləri İsveç və Finladiyanın quruma qoşulması ilə bağlı narahatlıqlarını dilə gətiriblər. 

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq NATO-nun sözçüsü Riggo Daniela bildirib ki, ötən gün bu mövzuda müzakirələr aparılıb: 

“NATO baş katibinin dünən Almaniyanın xarici işlər naziri ilə yekun birgə mətbuat konfransında mediaya verdiyi açıqlamalara istinad edirəm. Finlandiya və İsveç nazirlərini NATO-ya üzvlük üçün mümkün müraciətləri ilə bağlı deyə bilərik ki, NATO-ya daxil olub-olmamaq onların öz ixtiyarındadır.
 

MÖVZU İLƏ BAĞLI:

NATO problemi - Ankara etiraz etdi, İsveç danışıqlara gedir


Onların qəbul etdiyi qərara hörmətlə yanaşacağıq, çünki bütün suveren xalqların öz yollarını seçmək hüququ var. Finlandiya və İsveç NATO-nun ən yaxın tərəfdaşlarıdır. Əgər müraciət etmək qərarına gəlsələr, bu, tarixi bir an olacaq. Nəticələrin nə olacağından asılı olmayaraq, onların qərarlarına hörmətlə yanaşırıq. 

Türkiyənin narahatlığına gəldikdə isə, NATO-da həmişə olduğu kimi narahatlıq olanda, suallar olanda birgə müzakirələr keçirilir.

İnanırıq ki, biz üzvlük məsələsində necə irəliləyəcəyimizlə bağlı ümumi dil və razılıq, konsensus tapa biləcəyik. Çünki bütün müttəfiqlər NATO-nun qapısının açıq olması ilə razılaşırlar. Müttəfiqlər razılaşırlar ki, NATO-nun genişlənmə prosesi uzun illər ərzində böyük uğur qazanıb. Həm də Finlandiya və İsveç üzvlük üçün uyğundur”, - deyə Riggo Daniela bildirib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin