Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Vladimir Putinlə görüşə razılıq verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Rusiya ilə Ukraynanı sülhə çağırdı
O qeyd edib ki, V.Zelenski danışıqlarla bağlı rəsmi Ankaraya tam etibar edir:
“Kiyevə səfərimiz zamanı mənim V. Zelenski ilə də görüşdüm. O, danışıqlarda rəsmi Ankaraya tam etibar etdiklərini vurğuladı. Bundan əlavə, V.Zelenski prezidentimizin vasitəçiliyi ilə Putinlə görüşməyə hazır olduğunu təsdiqləyib”, - deyə İ.Kalın bildirib.
Bizim.Media