İrəvanın mərkəzindəki Fransa meydanında keçirilən ümummilli mitinqdən sonra müqavimət hərəkatı İrəvanın küçələri ilə yürüş edir.
Bizim.Media “168.am” saytına istinadən xəbər verir ki, çoxsaylı polis qüvvələri Paşinyanın iqamətgahını qorumaq üçün əraziyə doğru gedir.
Xatırladaq ki, mitinq zamanı parlamentin vitse-spikeri İşxan Saqatelyan geniş çıxış edərək hərəkatın hansı Ermənistanı istədiyini və hansı addımlarla buna nail olacağını təqdim edib.
Bizim.Media