Baqratyan: “Paşinyan zorlanan qadın kimi qorxur”

Hazırda oxunan: Baqratyan: “Paşinyan zorlanan qadın kimi qorxur”

7339

“Biz qərb sərhədindən xəbər aldıq ki, azərbaycanlılar Tiqranaşeni tərk etməyi tələb edirlər”.

Bizim.Media xəbər verir ki, bunu yanvarın 4-də jurnalistlərlə görüşdə Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan bildirib.

"Bu gün onlar bu tələbi irəli sürdülər və bir neçə gün vaxt verdilər. Tiqranaşen təslim edildikdən sonra biz artıq Sünikə gedə bilməyəcəyik. Ermənistan Ararat vilayəti ilə başa çatır", - Baqratyan bildirib.

Nazirlər Kabinetinin sabiq rəhbəri hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan işləyən adamlardan deyil. "Əgər o, sistemi idarə edən adam olsaydı, başa düşməli idi ki, kəndləri elə-belə təhvil vermirlər. Hər şeydən əvvəl, Azərbaycanla oturub sərhədi açmaq, sonra isə kağızı imzalamaq lazım idi. Yalnız bütün bunlardan sonra təslim olmalı idi.

Şurnuxuda azərbaycanlı nə edir, nə üçün erməni kəndli azərbaycanlı əsgəri ilə ünsiyyətdə olmalıdır? Erməni əsgəri artıq yoxdur? Ölkədə baş nazir də, prezident də yoxdur. Sonuncu Gümrüyə yollanır və orada öz bayramlarını keçirir. Əslində o, Şurnuxuya getməli və yeni ili o bölgədə keçirməliydi. Ermənistanın ərazi müdafiəsinin təminatçısı məhz Respublika prezidentidir. Azərbaycan Ermənistanı bir bastırma kimi götürüb, kəsir. Bu zaman isə prezident və Baş nazir İlham Əliyevin əlaltısı kimi davranırlar", - deyə keçmiş hökumət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Tiqranaşendən sonra azərbaycanlılar Masis şəhəri və azərbaycanlıların yaşadığı İrəvan məhəlləsi ilə bağlı şərt qoyacaqlar. "Biz Bakının bir məhəlləsinin Ermənistana verilməsini söyləmirik, çünki bunu heç kim deyə bilmir. Paşinyan hesab edir ki, uduzub, danışmağa səlahiyyəti yoxdur. Baş nazir zorlanan qadın kimi qorxur", - Baqratyan bildirib.

O, həmçinin qeyd edib ki, ölkənin sərhədi azərbaycanlıların müəyyənləşdirdiyi sərhəddir:

“Əgər yenidən müharibə olsa və KTMT kömək etmək istəsə, onun nümayəndələri sadəcə Ermənistanın ərazisində münaqişənin olub-olmadığını müəyyənləşdirə bilməzlər. Azərbaycanlılar Şurnuxuya girdi, sonra David bəyi istəyəcəklər. Bizim Azərbaycanla təsdiq edilmiş sərhədimiz yoxdur. Bu isə respublika prezidentinin və hökumətinin fəaliyyətsizliyinin nəticəsidir",- deyə eks-baş nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin