İrəvan sakinləri: “Köçəryan və Sarkisyan talançı, quldur və qatildir” – VİDEO

Hazırda oxunan: İrəvan sakinləri: “Köçəryan və Sarkisyan talançı, quldur və qatildir” – VİDEO

72949

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, erməni müxalifəti İrəvan küçələrinə axışaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Onların fikrincə, Paşinyan Azərbaycanla heç bir müqaviləyə imza atmamalıdır.

Söhbət sərhədlərin delimitasiya və demarkasiyasından, sülh müqaviləsinin hazırlanmasından gedir. Müxalifət hesab edir ki, bu müqavilələrin imzalanmasından sonra Qarabağ yenidən Azərbaycanın tərkibində olacaq.

Ermənistanın “araratnews.am” nəşri mövzu ilə bağlı İrəvanın küçələrində reportaj hazırlayıb. Bizim.Media xəbər verir ki, müsahiblərin hamısı eks prezidentlər - Robert Köçəryanı və Serj Sarkisyanı talançı, quldur və qatil adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda 25 % əhali şizofreniyadan əziyyət çəkir – “QARABAĞ KLANI” onları bu hala salıb


“Müxalifət Robert Köçəryandır. Ona heç kim səs verməyəcək. O, vətəni xilas edəcək? Xeyr, əksinə vətəni ondan xilas etmək lazımdır. Onlar aldadırlar ki, azərbaycanlılar bizim torpağı zəbt edib. Köçəryan kimi insan heç bir millətdə yoxdur. O hakimiyyətə gəlməməlidir”, deyə şəhər sakini qeyd edib.

Digər sakinin fikrincə, onlar kreslo uğrunda mübarizə aparırlar:

“Mən müxalifətə inanmıram. Paşinyanı bütün xalq dəstəkləyir. Bizim baş nazirə ləkə ata bilməzlər. Hamısı yalançıdır, xüsusilə Vanetsyan. Paşinyanın hesabına o general oldu, indi isə onun kreslosunu ələ keçirmək istəyir”.

Müsahiblərdən biri isə müxalifətin hamısının talançı, yalançı və qatil olduğunu deyib:

“Onlar ölkəni xilas etmirlər, əksinə oğurladıqlarını qorumağa çalışırlar. Hamımız gördük ki, Paşinyan hakimiyyətə necə gəlib. Xalq ona könüllü səs verib. Bizim baş nazir ölkəsi və xalqı üçün hər şeyi etməyə çalışır.
Onlar guya Ermənistanı xilas etməyə çalışırlar, heç olmasa Qarabağa gedən yolu tanıyırlarmı? Müharibə vaxtı Vanetsyan Qarabağdan qaçdı. Robert Köçəryan və Serj Sarkisyana gəldikdə isə onların adlarını çəkmək düzgün deyil. Ölkəmizi məhvə doğru onlar gətirib. Xalqımız gərək müxalifətə dəstək verməsin. Bu quldurlar qoy ölkəmizdən uzaqda dursunlar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin