“Müxalifətin məqsədi Qarabağın xilası deyil, hakimiyyət dəyişikliyidir. Onlar bizim yerimizi tutmaq istəyirlər”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu mayın 5-də Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.
Deputatın sözlərinə görə, müxalifət Qarabağın sağlığı üçün ancaq çağırışlar, tostlar səsləndirir və məsələ bundan o yana getmir.
“İrəvan küçələrində Qarabağ (qondarma rejim nəzərdə tutulur) bayrağını dalğalandıran insanlar onu xilas edə bilməz. Onların tamamilə fərqli məqsədləri var”, - Ovannisyan əmin edib.
İndiki iqtidarın Qarabağ məsələsini müxalifətlə müzakirə edib-etməyəcəyi sualını cavablandıran deputat xatırladıb ki, müxalifət bir neçə dəfə açıq və qapalı şəkildə müxtəlif sənədlərlə tanış olmaq, hələlik açıqlanması mümkün olmayan məlumatı almaq üçün dəvət olunub.
Qeyd olunur ki, mayın 5-də Milli Assambleyada təşkil olunan ənənəvi brifinqə Robert Köçəryanın “Ermənistan” və Serj Sarkisyanın “Mənim şərəfim var” müxalifət bloklarının parlament fraksiyasının nümayəndələri gəlməyib.
Jurnalistlərin suallarını ancaq hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar cavablandırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:46 / 05.05.2022
Paşinyanın partiyası separatçıların İrəvanda dalğalandırdığı bayrağı HAQDA: “Bu, onları xilas edə bilməz”
Hazırda oxunan: Paşinyanın partiyası separatçıların İrəvanda dalğalandırdığı bayrağı HAQDA: “Bu, onları xilas edə bilməz”
Hazırda oxunan: Paşinyanın partiyası separatçıların İrəvanda dalğalandırdığı bayrağı HAQDA: “Bu, onları xilas edə bilməz”
72944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.