İrəvan Azərbaycanla sülh müqaviləsi HAQDA: Ermənilərin təhlükəsizliyini təmin etsələr, razılaşarıq

Hazırda oxunan: İrəvan Azərbaycanla sülh müqaviləsi HAQDA: Ermənilərin təhlükəsizliyini təmin etsələr, razılaşarıq

72925

“Ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi Qarabağ probleminin həlli deməkdir”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə jurnalistlər Qriqoryana “Azərbaycanla sülh müqaviləsinin bağlanması Rusiya sülhməramlılarının çıxarılması və Qarabağın qalan hissəsinin Bakıya verilməsi ilə nəticələnəcək?” sualını veriblər.
“Sülh müqaviləsinin imzalanması (biz bunu dəfələrlə bəyan etmişik) Qarabağ münaqişəsinin həllinin tapılması deməkdir. Biz həll yolunu Qarabağda yaşayan soydaşlarımızın təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürük. Bundan çıxış edərək, status da müəyyən edilməlidir”, - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.



Qriqoryanın fikrincə, təhlükəsizlik təminatları da olmalıdır. O vurğulayıb ki, hazırda institusional baxımdan hansı təminatların olacağı məlum deyil.

“Biz bunu müzakirə edəcəyik. Əgər danışıqlar zamanı qərara gəlsək, soydaşlarımızın təhlükəsizliyinin birmənalı şəkildə təmin olunduğunu görsək, bununla razılaşarıq”, - Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın konkret olaraq nə ilə razılaşmağa hazır olduğunu açıqlamayıb.

Martın ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılmasına dair beş bəndlik təklifin mətnini dərc edib və bu təklif həyata keçirildikdən sonra sülh sazişi üzrə danışıqlara keçməyə hazır olduğunu deyib.
Bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik daxildir. Tərəflər dövlətlərarası münasibətlərdə təhlükəsizliyi təhdid etməkdən çəkinməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin