Qarabağdan Ukraynaya göndərilən rus əsgər: “Hamını öldürməyə hazırıq”

Hazırda oxunan: Qarabağdan Ukraynaya göndərilən rus əsgər: “Hamını öldürməyə hazırıq”

72901

Martın əvvəlində Rusiya rəsmiləri Qarabağda yerləşən bəzi rus sülhməramlılarının Laçın dəhlizi ilə Azərbaycanı tərk edərək Ukraynaya göndərilməsi ilə bağlı iddiaları təkzib ediblər. Lakin sonradan məlum olub ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin tərkibində olan hərbi qulluqçuların bir qismi Ukraynadakı döyüşlərdə həlak olub, bir qismi isə əsir düşüb.

Bizim.Media “Azadlıq” radiosunun Ukrayna xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bəzi üzvləri Kiyev yaxınlığındakı Moşun kəndində mövqe tutub. 

Bu, rus hərbçilərinin qaldıqları və qərargahlarına çevirdikləri evlərdən tapılan sənədlər və gündəliklər əsasında müəyyən edilib.

Məlumata görə, rusların təcili tibbi yardım məntəqəsinə çevirdiyi evdən tapılan noutbukun sahibini müəyyən etmək mümkün olub. Bu Anatoli Viktoroviç Muravyovdur, 21 yaşlı snayperdir. 
Muravyov qeydlərində Qarabağda “sülhməramlı missiya”dan bəhs edir, hətta yaradıcılığını nümayiş etdirərək şeir də yazır:

“Biz Rusiyadan Qarabağa gəldik. Sülhməramlı qüvvələrin gücü bayraqdır”, “Nəyə görə müharibə apardığımızı biləndən sonra hamını öldürməyə hazırıq”.

Ancaq əsgərin Ukraynadakı müharibə təəssüratları o qədər də sevincli olmayıb:

“Sınaqdan keçdik. Bu sülhməramlı fəaliyyət mənasız şeydir, gələn il getməyəcəyəm”.

Müəyyən edilib ki, Muravyov Rusiyanın Krasnoyarsk diyarından, şəhər tipli Nijnyaya Poyma qəsəbəsindəndir.

Qadın qohumunun sosial şəbəkələrdə paylaşdığı yazıya görə, o, 2019-cu ilin may ayında hərbi xidmətə gedib. Moşunda tapılan dəftərdə Muravyovun özü həmin ili qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin