Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq

Hazırda oxunan: Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq

72783

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.

Bizim.Media "News.am"-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti parlament binasının ələ keçirilməsinə cəhd ediləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

"Təxribatçılar bu addımı atarlarsa, məsuliyyətin onların üzərində olacağını bildiririk. Ermənistan vətəndaşlarından belə təxribatlara uymamağı xahiş edirik", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bir çox müxalif yönümlü erməni sosial şəbəkə hesabları və saytlarda bu gecə N.Paşinyanın devriləcəyi ilə bağlı iddia səsləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin