Paşinyan Rusiya ilə Qarabağı müzakirə etdi - FOTO

Hazırda oxunan: Paşinyan Rusiya ilə Qarabağı müzakirə etdi - FOTO

7273

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə Ermənistan-Rusiya əməkdaşlığı və Qarabağdakı vəziyyəti müzakirə edib.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, görüş İrəvanda keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət Paşinyana qarşı ikinci cəbhə açır



Görüş zamanı Overçuk Rusiyanın Baş naziri Mixail Mişustinin isti salamlarını Paşinyana çatdıraraq,  Rusiyanın  “Bu çətin dövrdə dost Ermənistan xalqını dəstəkləməkdə və Ermənistan-Rusiya strateji əməkdaşlığının inkişafına yönəlmiş proqramların davam etdirilməsində maraqlı olduğunu" qeyd edib.

Görüş zamanı Rusiya sülhməramlı kontingentinin Qarabağda olması və təhlükəsizlik mövzuları müzakirə olunub.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinin şəxsi səylərini və Qarabağda vəziyyətin sabitləşməsində Rusiyanın konstruktiv rolunu yüksək qiymətləndirdiyini deyib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin