Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin zabitini dövlətə xəyanətdə ittiham edərək saxlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə yazır ki, iş materiallarına görə, zabit başqa ölkənin xüsusi xidmət orqanları tərəfindən “işə götürülüb” (zaverbovka).
Əməkdaşlığa yazılı razılıq verərək zabit kod adı və xaricdəki hərbi akademiyada birlikdə oxuduğu tələbə yoldaşları, eləcə də bölməsinin komandanlığı haqqında məlumat üçün 1400 ABŞ dolları alıb.
Bundan əlavə, o, xarici hərbi sərgidə iştirak edən erməni iştirakçılarının şəxsi məlumatlarını, bölmənin raket sistemlərinin sayı, 44 günlük müharibə zamanı texnikanın istifadəsi və itkiləri barədə məlumatları təhvil verib.
MTX qeyd edir ki, o, müharibə zamanı batareya komandirinin müavini vəzifəsini tutarkən effektiv və dəqiq döyüş aparmayıb, texnikanın kamuflyajını təmin etməyib, nəticədə düşmən tərəfindən məhv edilib.
Müharibədən sonra hərbçi məlumat toplamağa davam edib. 8 min dollara o, hərbi hissənin məxfi döyüş xəritələrini toplasa da, MTX əməkdaşları tərəfindən aşkar edildiyi üçün onları təhvil verə bilməyib.
Aprelin 20-də hərbçi dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb və əməlini etiraf edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:56 / 25.04.2022
Ermənistanda dövlətə xəyanətdə ittiham olunan zabit saxlanıldı
Hazırda oxunan: Ermənistanda dövlətə xəyanətdə ittiham olunan zabit saxlanıldı
Hazırda oxunan: Ermənistanda dövlətə xəyanətdə ittiham olunan zabit saxlanıldı
71289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.