Sosial şəbəkələrin erməni seqmentində Yeni il axşamı Yerablurda yenidən onlarla əsgər məzarının qazılmasını əks etdirən foto müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Ermənistanın tanınmış simaları ölkənin 2021-ci ilə yeni milli faciəni əks etdirən fotoyla qədəm qoyduğunu yazaraq təəssüfləniblər.
MÖVZU İLƏ BAĞLI:
Müxalifət Paşinyana qarşı ikinci cəbhə açır
Əksər ermənilər hələ də yüzlərlə itkin hərbçini belə məzarlıqlar gözlədiyini yazırlar.
Yeni ilə qara ilə girən ağla çıxa bilməz, deyə statuslar paylaşan sosial şəbəkə istifadəçiləri yenə də olan hər şeydə Paşiniyanı günahkar sayırlar.
Sərsəm bəyanatların müəllifi, məğlub Ermənistanın baş naziri Yeni illə bağlı erməniləri təbrik etsə də, gecədən səhərə kimi ölkədə bayram qeyd edənlər yox, etirazçıları və əlində şamla ölülərinə yas tutanları görmək olardı.
''Nə qədər ki, baş nazir kimi bütün bunlarda özünüzü günahkar saymayacaqsınız, idarə etdiyiniz ölkədə əsgərlər əlləri ilə səngərlər qazacaqlar, onların qəbirlərini isə ekskavatorlar qazacaq''.
''Əgər şərəfiniz olsaydı, Yeni il müraciətinizdə istefa qərarınızı açıqlayardınız, 2021-ci ilə məğlubiyyət rəmzi kimi girməzdiniz”,- deyə ermənilər baş nazir Nikol Paşinyana etirazlarını bildiriblər''.
Anar Rəhimov, Bizim.Media