Paşinyanın “Artsax” sayıqlamasının SƏBƏBİ: “Rusiya prosesi pozmağa çalışır”

Hazırda oxunan: Paşinyanın “Artsax” sayıqlamasının SƏBƏBİ: “Rusiya prosesi pozmağa çalışır”

71068

“Bəllidir ki, sülh prosesi Rusiyanın nəzarətindən çıxmağa başlayıb. Avropa Birliyi artıq moderatorluğu öz üzərinə götürür. Ona görə də Rusiya bütün vasitələrlə sülh prosesini pozmağa çalışır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri fikirlərinin davamında Paşinyanın ““Artsax” xalqının razılığı olmadan hər hansı müqavilə imzalana bilməz” açıqlamasını Azərnbayacan qarşı təxribat kimi qiymətləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Rusiyada nəyə razılıq verib? – DETALLAR 


“Yəqin ki, Ermənistan və Rusiya arasında müəyyən razılıq əldə olunub. Bu cür eybəcər, reallığa uyğun olmayan açıqlamaların verilməsinin də səbəbi budur. Qarabağ problemi hərbi cəhətdən öz həllini tapıb. İndi söhbət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından gedir. Azərbaycanın ərazisinin bir hissəsində yaşayan insanların şıltaqlıqları sülh prosesinin şərti kimi nəzərdən keçirilə bilməz”.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Paşinyanın bu açıqlaması Ermənistanın Brüsseldə əldə olunan razılaşmadan boyun qaçırmağa çalışdığının göstəricisidir:

“Hesab edirəm ki, gec-tez bu məsələ Azərbaycanın xeyrinə müsbət həll olunacaq”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin