Cümə axşamı Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Mariupoldakı “Azovstal” sənaye zonasına hücumun məqsədəuyğun olmadığını deyərək dayandırılmasını əmr edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TACC agentliyi yayıb.
Prezident “Azovstal”a hücumun ləğvini rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib.
MÖVZU İLƏ BAĞLI:
Şoyqu Putinə məruzə etdi: “Mariupol şəhəri tam ələ keçirilib” – VİDEO
"Biz daha çox əsgər və zabitlərimizin həyat və sağlamlığını qorumaq haqqında düşünməliyik. Bu sənaye obyektinin zirzəmilərinə girib sürünməyə ehtiyac yoxdur”, deyə dövlət başçısı bildirib.
"Bu sənaye zonasını blokadaya alın ki, milçək belə uçmasın. Rusiya “Azovstal”ı tərk edəcək ukraynalı hərbçilərin həyatına zəmanət verir”, deyə o, qeyd edib.
Xatırladaq ki, “Azovstal”da hazırda 2 mindən çox ukraynalı döyüşçü mühasirəyə alınıb.
Bizim.Media