Ermənistan qocalan ölkələr sırasına daxil edildi - BMT

Hazırda oxunan: Ermənistan qocalan ölkələr sırasına daxil edildi - BMT

70673

Ermənistan əhalisinin yaş həddinə görə qocalan ölkələr sırasına daxildir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun demoqrafiya proqramının rəhbəri Anna Ovannisyan deyib.

"BMT şkalasına uyğun olaraq, ölkədə qoca insanların payı ümumi əhalinin 7 faizindən çoxdursa, ölkə qocalan hesab olunur. Ermənistanda bu göstərici, təxminən 14 faizə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistan qocalan ölkələr sırasına daxildir", - deyə o bildirib.

A.Ovannisyan qeyd edib ki, bu hal doğum indeksinin az olduğu və azalmağa doğru getdiyi ölkələrdə müşahidə olunur.

BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, 2050-ci ilədək qocalar dünya əhalsinin 22-24 faizini təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin