Türk ordusu İraqın şimalında 19 PKK terrorçunu məhv etdi

Hazırda oxunan: Türk ordusu İraqın şimalında 19 PKK terrorçunu məhv etdi

70237

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində “Pəncə-Kilit” şərti adı altında başladılan növbəti antiterror əməliyyatı zamanı 19 terrorçu zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, İraqın şimalında törədilən terror aktlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə dünən axşam saatlarında “Pəncə-Kilit” əməliyyatına start verilib:

“Birinci mərhələ hədəflərinə nail olunub. Əməliyyatların planlaşdırıldığı kimi türk əsgəri bölgəni nəzarət altına almağa başlayıb. Axtarış işləri davam edir. Terrorçuların bütün sığınacaqları, bunkerləri və guya qərargahları, həmçinin mağara və yuvaları bir-bir məhv ediləcək”.
Əməliyyatla bağlı açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar indiyədək planlaşdırılan bütün hədəflərin ələ keçirildiyini və çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini bildirib.

Qarşıdurmada Türkiyə Silahlı Qüvvələrinin dörd əsgərinin yüngül bədən xəsarəti aldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin