Ukraynada rus ordusuna əsir düşən britaniyalılar baş nazir Boris Consona müraciət ediblər.
Bizim.Media xəbər verir ki, müraciət “Russia 1” telekanalının canlı efirində səsləndirilib.
Onlar Putinin adamı hesab edilən və Lvovda saxlanılan Ali Radanın deputatı Viktor Medvedçukla dəyişdirilməsini xahiş ediblər.
MÖVZU İLƏ BAĞLI:
Medvedçukdan Putin və Zelenskiyə MÜRACİƏT - VİDEO
“Cənab Boris Conson, mənim adım Şon Pinnerdir. Sizdən öz adımdan və Eyden Eslinin adından xahiş edirəm, bizi Medvedçukla mübadilə edəsiniz”. O, “60 dəqiqə” proqramında telekanalın müxbiri Andrey Rudenkoya müsahibəsində belə deyib.
Bizim.Media