Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə batmış “Moskva” kreyserinin heyəti Sevastopola gətirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Moskva” kreyserində nüvə başlıqları olub?
Qeyd edək ki, Ukrayna tərəfi gəminin "Neptun" raketi ilə vurulduğunu desə də, Rusiya Müdafiə Nazirliyi göyərtədəki sursatın partlaması nəticəsində yanğın baş verdiyini açıqlayıb.
Daha sonra gəmi təmir üçün limana aparılan zaman fırtınada batıb.
Bizim.Media