Xəbər verdiyimiz kimi, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynanın Neptun raketləri ilə vurulan Rusiya Federasiyasının Qara Dəniz Donanmasının flaqmanı, “Moskva” raket kreyserinin Qara dənizdə batdığı haqda informasiya yaymışdı. Rusiya mətbuatı isə həmin gəminin Ukrayna tərəfindən vurulmadığını və dənizdə batmadığını yazıb.
Bizim.Media xəbər verir ki, rusiyalı hərbi ekspert Viktor Litovkin RT-yə müsahibəsində yanğın nəticəsində döyüş sursatının partladığı Moskva kreyseri ilə bağlı vəziyyəti şərh edib.
O, kreyserin təmir üçün limana aparıldığını deyib.
“Ukrayna cəbhədə böyük “qələbə” qazandığını göstərmək üçün bunu hər cür təbliğ edir”, - ekspert qeyd edib.
Hərbi ekspert hesab edir ki, “Moskva” raket kreyserində baş verən yanğın nəticəsində sursat partlayıb və nəticədə gəminin heyəti (510 nəfər olduğu deyilir) təxliyə edilib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi yanğının qarşısının alındığını bildirib. Qurumun məlumatına görə, “Moskva” kreyseri üzən vəziyyətdədir və onun əsas raket silahı zədələnməyib.
Gəminin limana yedəklənməsi üçün tədbirlər görülür. Yanğının başvermə səbəbləri araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
16:54 / 14.04.2022
Rusiyanın partlayan “Moskva” kreyseri ilə bağlı YENİ XƏBƏR: “Batmayıb”
Hazırda oxunan: Rusiyanın partlayan “Moskva” kreyseri ilə bağlı YENİ XƏBƏR: “Batmayıb”
Hazırda oxunan: Rusiyanın partlayan “Moskva” kreyseri ilə bağlı YENİ XƏBƏR: “Batmayıb”
69665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.