Times New Roman, Arial, Verdana, Tahoma və Helvetica şriftlərinin hüquqlarına sahib olan Amerikanın Monotype şirkəti rusiyalı istifadəçilər üçün saytdakı kitabxanasına girişi bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Rusiyanın İT şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Aydınlaşdırılır ki, istifadəçi şriftlər kataloqu olan səhifəni açmaq istəyərkən girişin qadağan edildiyi barədə mesaj görür. Ancaq VPN-dən istifadə edərkən kataloq əlçatan olur.
Rusiyada məşhur olan Times New Roman 1932-ci ildə tipoqraf Stenli Morison və rəssam Viktor Lairdent tərəfindən tərtib edilib. Əvvəlcə The Times qəzeti tərəfindən istifadə edilib.
Onun şrifti oxunaqlılığa və səhifədə yer qənaətinə töhfə verib. 2007-ci ilə qədər şrift Microsoft əməliyyat sistemi tərəfindən standart olaraq istifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
10:06 / 14.04.2022
Rusiyalılar Times New Roman və Arial şriftlərini yükləyə bilməyəcəklər – BLOK QOYULDU
Hazırda oxunan: Rusiyalılar Times New Roman və Arial şriftlərini yükləyə bilməyəcəklər – BLOK QOYULDU
Hazırda oxunan: Rusiyalılar Times New Roman və Arial şriftlərini yükləyə bilməyəcəklər – BLOK QOYULDU
69568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.