"Ermənistan əlini “Artsax”dan üzüb” fikrinə Paşinyanın CAVABI

Hazırda oxunan: "Ermənistan əlini “Artsax”dan üzüb” fikrinə Paşinyanın CAVABI

69408

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin “Artsax”dan (Qarabağdakı qondarma rejim) üz çevirməsi, onu problem və qayığıları ilə baş-başa buraxması ilə bağlı ittihamlara cavab verib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinaədn xəbər verir ki, çərşənbə günü parlamentin tribunasından danışan və hökumətin ötən il üçün proqramının icrasını təqdim edən baş nazir bildirib ki, Ermənistan 44 günlük müharibənin sona çatdığı gündən indiyədək “Artsax”a ümumilikdə 136 milyard dram (280 milyon dollar) vəsait ayırıb.

Onun sözlərinə görə, 2022-ci ilin büdcəsinə uyğun olaraq, 144 milyard dramın da (təxminən 300 milyon dollar) ayrılması nəzərdə tutulur.

"Ermənistanın “Artsax”a böyük maliyyə və sosial yardım göstərməsinə baxmayaraq, bəzi insanlar necə deyə bilərlər ki, Ermənistan hakimiyyəti ondan üz döndərib", - baş nazir gileylənib.
Paşinyan bəyan edib ki, heç bir hökumət (əvvəlkiləri nəzərdə tutur) Qarabağa indiki qədər belə irimiqyaslı maliyyə-iqtisadi yardım göstərməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin