Putin: “Ukraynada baş verənlər faciədir, Rusiyanın başqa çıxış yolu yox idi” - VİDEO

Hazırda oxunan: Putin: “Ukraynada baş verənlər faciədir, Rusiyanın başqa çıxış yolu yox idi” - VİDEO

69282

Xəbər verdiyimiz kimi, Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko bu gün Uzaq Şərq bölgəsində yerləşən Amur vilayətindəki “Vostoçnı” kosmodromunda görüş keçiriblər. 3 saatdan çox davam edən görüşün nəticələri ilə bağlı liderlər mətbuata açıqlama veriblər.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Rusiya mətbuatında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Ukrayna ilə danışıqlar Belarus Prezidenti sayəsində mümkün olub” – Putin - VİDEO


Putinin sözlərinə görə, Ukraynada baş verənlər faciədir, lakin Rusiyanın başqa çıxış yolu yox idi:

-  Sanksiya müharibəsi şəraitində İttifaq dövlətinin (Rusiya ilə Belarus arasında) inteqrasiyasını dərinləşdirmək vacibdir. Rusiya Federasiyası və Belarus planlaşdırılan inteqrasiya planlarının 30%-dən çoxunu yerinə yetiriblər.

-  Enerji sektorunda vahid elektrik enerjisi bazarı layihəsinin Minsklə razılaşdırılması başa çatıb. Minsklə qazın rublla ödənişləri sanksiyaların mənfi təsirini minimuma endirəcək.

-  Belarus platforması Moskva və Kiyev arasında danışıqlar üçün əlverişlidir.

Lukaşenko isə bunları deyib:

-  Əgər Rusiya əməliyyatda bir az da geciksəydi, o zaman Rusiya ərazisinə sarsıdıcı zərbə endiriləcəkdi.

-  Buçada baş verənlər “Britaniyanın xüsusi əməliyyatıdır”.

-  Biz nə vaxtsa qərara gəlmişdik ki, soyuq müharibə bitib. Qərb isə belə düşünməyib. O zaman bizi məhv edə bilmədilər, indi cəhd etmək qərarına gəldilər.

-  Heç bir sanksiya Rusiya və Belarusu yolundan döndərməyəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin