Zelenskinin həyat yoldaşı: "Bu ölümlərdən tək Rusiya günahkardır?"

Hazırda oxunan: Zelenskinin həyat yoldaşı: "Bu ölümlərdən tək Rusiya günahkardır?"

68742

Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Vogue” jurnalına müsahibə verib.

Bizim.Media xəbər verir ki, o müsahibəsində NATO-nu və qərb ölkələrini sərt tənqid edib.

"Ukrayna üzərində səmanı bağlamağı xahiş etdik. Amma bunu etmədilər. NATO hesab edir ki, bu, Rusiya ilə birbaşa münaqişəyə səbəb olacaq. İndi ritorik sual verirəm: Bu ölümlərdən tək Rusiya günahkardır? 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynada vağzalı raket atəşinə tutdu, çox sayda ölən və yaralanan var - FOTO/VİDEO


Baş verənlər Rusiyanın xoşlamadığı hər bir ölkədə təkarlana bilər. Təcavüzkar hücuma keçir, çünki o bilir ki, Qərb səmanı bağlamır. Bu, onu irəliyə getməyə və vəhşiliklər etməyə sövq edir”, - prezidentin həyat yoldaşı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin