Şurnuxu kəndindəki ermənilər Ermənistan hökumətinə etiraz edib.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, hazırda Ermənistanın bu kəndində məskunlaşan sakinlər etiraz aksiyası keçirərək magistral yolu bağlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Şahverdilər və Şurnuxu vahiməsi – Araşdırma
“Şurnuxda Azərbaycan bayraqları gözümüzü deşir” - İCMA RƏHBƏRİ
Onlar kəndi tərk etmək üçün verilən vaxta etiraz edirlər.
Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatında xəbərlər yayılmışdı ki, Azərbaycan tərəfi Şurnuxu kəndinin yarısını boşaltmaq üçün ermənilərə vaxt qoyub. Kəndin boşaldılan hissəsi Azərbaycana veriləcək.
Bizim.Media