Ermənistanda dövlət idarəçiliyi yoxdur – Arutyun Mesropyan

Hazırda oxunan: Ermənistanda dövlət idarəçiliyi yoxdur – Arutyun Mesropyan

6800

“Bu illər ərzində Ermənistanı strateji inkişaf proqramı olmadan idarə ediblər”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu idarəetmə üzrə erməni ekspert Arutyun Mesropyan deyib.

Onun sözlərinə görə, vəziyyət Paşinyan və komandasının hakimiyyəti dövründə də dəyişməyib:

“Nikolun hakimiyyətdəki boşluqlarla bağlı problemi yoxdur, çünki bu illər ərzində Ermənistanda dövlət idarəçiliyi olmayıb. İdarəçilik olmayanda, idarəetmə problemləri də olmur”, - deyə o bildirib.

Mesropyanın sözlərinə görə, son 30 ildə Ermənistanın əsas problemi dövlətdə strateji inkişaf proqramının yoxluğudur.

Mesropyan iddia edir ki, Ermənistanın heç bir siyasi gücünün real proqramlara eyhamı belə olmayıb:

“Mövcud erməni siyasətçilərin düşüncə tərzi ilə dövlət idarə olunmaz”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin