“Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
“İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir”, - Rusiya XİN-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Moskvadan Delyaginin Azərbaycanla bağlı açıqlamasına SƏRT REAKSİYA
Nazirlikdən qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir:
“Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır”.
Bizim.Media