İstanbul görüşünün NƏTİCƏLƏRİ: Ukrayna Krım və Donbasdan əl çəkib Avropaya üz tutdu - VİDEO

Hazırda oxunan: İstanbul görüşünün NƏTİCƏLƏRİ: Ukrayna Krım və Donbasdan əl çəkib Avropaya üz tutdu - VİDEO

66976

“Ukrayna Krımı və Donbası hərbi yolla qaytarmaq istəyindən əl çəkir”.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqlardan sonra səsləndirib.

“Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri Krım və Donbas ərazilərinə aid deyil”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Kiyev və Çerniqov istiqamətləri ilə bağlı qərar verdi - VİDEO


Medinskinin sözlərinə görə, Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil: “Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verir”.

O, Ukraynadan gələn yazılı təklifləri də sadalayıb: “Kiyev Krım və Sevastopolu hərbi yolla qaytarmaq istəyindən əl çəkir,  Ukrayna özünü beynəlxalq hüquqi təminat altında daimi bitərəf dövlət kimi elan edir”.

Xatırladaq ki, RİA Novosti-yə mənbə Rusiya nümayəndə heyətinin bu gün İstanbulu tərk etmək niyyətində olduğunu deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin