İstanbul danışıqlarında Ukrayna Rusiyanın bu etirazını qəbul etdi - VİDEO

Hazırda oxunan: İstanbul danışıqlarında Ukrayna Rusiyanın bu etirazını qəbul etdi - VİDEO

66934

“İstanbulda Rusiya-Ukrayna məsləhətləşmələri davam edir və onların nəticələrindən sonra tərəflər bəyanatla çıxış edəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.

"Biz bu gün saat 09:30-dan etibarən Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdiririk. Ümid edirəm ki, bir neçə saatdan sonra onların nəticələri ilə bağlı müəyyən açıqlama verəcəyik", - deyə Medinski qeyd edib.

O, həmçinin bildirib ki, əsir düşən rus hərbçilərinin ələ salınması ilə bağlı ortaya çıxan videolara etiraz edilib:

“Ukrayna tərəfi bu etirazı qəbul edib. Ukrayna Rusiya hərbçilərinə işgəncə verən cinayətkarlara qarşı ən sərt tədbirlər görəcəyini vəd edib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin