Roman Abramoviç İstanbulda Ərdoğanla görüşdü

Hazırda oxunan: Roman Abramoviç İstanbulda Ərdoğanla görüşdü

66895

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün keçirildiyi məkana gəlib və tərəflərə uğurlar arzulayıb.

Rusiyalı iş adamı Roman Abramoviç də Ukrayna nümayəndə heyəti ilə danışıqların keçiriləcəyi Dolmabaxça sarayına təşrif buyurub.

Bizim.Media xəbər verir ki, “Çelsi” futbol klubunun sahibi tədbirdə Ərdoğanla görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Abramoviç də İstanbula gəldi – Ukrayna-Rusiya danışıqları üçün


Bu haqda görüntüləri “RİA Novosti” agentliyi yayıb.

Xatırladaq ki, Abramoviç Rusiyaya qarşı tətbiq edilən sanksiya səbəbindən “Çelsi” klubunu satmaq qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin