Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib

Hazırda oxunan: Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib

66888

Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə edilib.

Bizim.Media xəbər verir ki. bu barədə informasiyanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu yayıb.

Onun sözlərinə görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.
A.Əliyevin öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalıb. Onların təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin