Lavrovdan Şoyqunun infarkt keçirməsi xəbərinə REAKSİYA – VİDEO

Hazırda oxunan: Lavrovdan Şoyqunun infarkt keçirməsi xəbərinə REAKSİYA – VİDEO

66768

“Bir sıra kütləvi informasiya vasitələrinin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun səhhətinin pisləşməsi ilə bağlı xəbərləri tamamilə yalandır”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya mətbuatına müsahibəsində deyib.

“Mən cəfəngiyyatı şərh etmək istəmirəm, çünki bu, Ukrayna xüsusi xidmət orqanları və hazırda xaricdə olan rus neoliberallarımız tərəfindən yayılan cəfəngiyyatdır”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, “hamı sağdır və yaxşıdır”, bütün hökumət və bütün prezident administrasiyası “ölkənin maraqları naminə” işləyir və “onlara həvalə edilmiş vəzifələri” yerinə yetirir.

Daha əvvəl Peskov Şoyqunun ictimaiyyətə açıqlama verməməsi ilə bağlı jurnalistlərin narahatlığını şərh edərək bildirib ki, hazırda nazirin media fəaliyyətinə vaxtı yoxdur:

“Hansısa Agentliyin Şoyqunun “səhhətindəki problemlərin” olduğu ilə bağlı məlumatını oxumaq əvəzinə Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, dünya mediası Sergey Şoyqunun Vladimir Putinin Ukraynadakı uğursuzluğa görə qəzəblənməsindən sonra infarkt keçirdiyini, bu səbəbdən ortalarda görünmədiyini yazırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin