“Rusiya, Azərbaycan və Ermənistan arasında baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfl İşçi Qrup çərçivəsində işlər ola bilsin, istədiyimiz qədər sürətli deyil, amma dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi davam edir”.
Bizim.Media xəbər verir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Ermənistan və Azərbaycan tərəfindən razılaşmaların yerinə yetirilməsi məsələsini şərh edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
"Rusiya və Azərbaycan arasında görüşlər keçiriləcək" - Zaxarova
Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonra demarkasiyasına başlanılması prosesinə gəlincə, Zaxarova nazirliklərarası təmasların da davam etdiyini bildirib.
Bizim.Media