Türkiyənin paytaxtı İstanbulda Nişantaşında yerləşən tanınmış “Niş Art” Rəsm Qalereyasında Azərbaycanın istedadlı rəssamı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi baş tutub.
Bizim.Media xəbər verir ki, 15-20 Mart tarixlərində keçirilən sərgidə rəssamın son illərdə çəkdiyi 20-yə yaxın rəsm əsəri nümayiş olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan məhsulları Çində sərgilənib
Sərginin açılışında Niş Art Qalereyasının rəhbəri, sənətşünas Nihat Tokat, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və tanınmış rəssam, Yeditepe Universitetinin professoru, Azərbaycanın xalq rəssamı Teymur Rzayev çıxış edərək sərginin iki ölkənin yaradıcılıq sahəsindəki sıx dostluğu və əməkdaşlığına yeni bir rəng qatdığını qeyd ediblər.
Türkiyənin məşhur rəssamları, sənət xadimləri və media nümayəndələrinin də iştirak etdiyi sərginin qonaqları sırasında Türkiyə Milli Məclisinin millət vəkili, Azərbaycan- Türkiyə Parlamentlər arası Dostluq qrupunun rəhbəri Şamil Ayrım da olub.
Bizim.Media