10 minlərlə rusiyalı Ermənistanda mənzil böhranı ilə üzləşdi

Hazırda oxunan: 10 minlərlə rusiyalı Ermənistanda mənzil böhranı ilə üzləşdi

65792

Bir ay ərzində Ermənistanın İrəvan, Gümrü və digər şəhərlərində daşınmaz əmlak bazarı kəskin şəkildə dəyişib. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda mənzil kirayələmək demək olar ki, mümkün deyil və agentlik vasitəsilə minimum kirayə qiyməti 800 dollardır.

2022-ci ilin yanvarında Ermənistanda orta aylıq əmək haqqı 204 min dram (təxminən 425 dollar) təşkil edib. Eyni zamanda, ilin əvvəlində 100-150 min dram (200-300 dollar) olan mənzilləri tapmaq asan idi.

Rusiyadan miqrant axını ilə əlaqədar kirayə evlərin qiymətləri qalxıb. Ukraynada müharibə başlayandan bəri martın 12-nə olan məlumata görə, Ermənistana 50 mindən çox rusiyalı gəlib.

Ev sahibləri və agentliklər bundan pul qazanmağa qərar veriblər və qiymətləri kəskin şəkildə qaldırıblar və bəziləri daha da irəli gedib. Onlar hazırkı kirayəçiləri qovur və daha böyük məbləğlər ödəməyə hazır olan varlı miqrantları qəbul edirlər.

DOHA nəşri yerli sakinlərə istinadən yazır ki, İrəvan artıq ermənilərə mənzil kirayə verməkdən imtina edir.

Arevik Mikaelyan bacıları ilə İrəvanın mərkəzində yaşayır. Əvvəllər 135 min dram (470 manat) verirmiş, indi ev sahibi 250 min istəyir və bu, tək hal deyil. Hər yerdə kirayə haqqı iki, hətta üç dəfə artıb.

İrəvanda 400 dollara mənzil kirayələyən Elodi Qavrilof-Derniqorosyan da oxşar vəziyyətlə üzləşib.

“Əvvəlcə ev sahibi qiyməti 500 dollara qaldırdı və mən onu ödəməyə hazır idim. Lakin sonra o, yeni məbləği (800 dollar) açıqladı və məni evdən çıxartdı. Ev sahibi bunu ailəsinin tezliklə Rusiyadan gəlişi ilə izah etdi”, - qız şikayət edir.

Qeyd edək ki, mövcud vəziyyətdən ermənilərlə yanaşı, Ermənistana qaçan ruslar da şikayət edirlər.

Bildirirlər ki, ermənilər rus dilini bilmirlər, restoranlarda onlara xidmət göstərmirlər.  Rusiyadan gələnlər hər yerdə saxtakarlıqla qaşılaşdıqlarını deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin