Ermənistanın baş naziri Nikol Paşinyan Novruz bayramı münasibətilə İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei və İran prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu göndərib.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, Nikol Paşinyanın Ayətullah Xameneiyə göndərdiyi mesajda xüsusilə belə deyilir:
“Sizi və dost İran İslam Respublikasının xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, qarşıdan gələn il qonşu və dost İran xalqı üçün müstəsna məhsuldarlıq və sülhlə yadda qalsın.
Məmnuniyyətlə deyə bilərik ki, qarşılıqlı etimad və hörmət şəraitində formalaşan Ermənistan-İran münasibətləri normal, davamlı inkişaf kursunu davam etdirir.
Biz İran İslam Respublikası ilə yeni proqramların həyata keçirilməsinə və ikitərəfli münasibətlərin inkişafı və regional sülhün xeyrinə Ermənistan-İran gündəminin genişləndirilməsinə böyük əhəmiyyət veririk.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və İran xalqına uzunmüddətli rifah arzulayıram.
Zəhmət olmasa, mənim ən yüksək ehtiramımı qəbul edin”.
Ermənistan baş naziri İran prezidentinə də təbrik məktubu yollayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:41 / 20.03.2022
Paşinyan iranlıları Novruz bayramı münasibətilə təbrik etdi
Hazırda oxunan: Paşinyan iranlıları Novruz bayramı münasibətilə təbrik etdi
Hazırda oxunan: Paşinyan iranlıları Novruz bayramı münasibətilə təbrik etdi
65747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.