Ermənistanda “Tuşenka” əməliyyatı davam edir

Hazırda oxunan: Ermənistanda “Tuşenka” əməliyyatı davam edir

6538

Ermənistanda əsgər paylarının mənimsənilməsi və satılması ilə bağlı qalmaqal davam edir. Bu barədə erməni jurnalist və bloqerlər açıq faktlara söykənən məlumatlar paylaşırlar.

Tanınmış erməni bloqerlər sosial şəbəkələrdə “Tuşenka Manvel” öldü, amma onun ermənilər arasındakı işi yaşamağa və çiçəklənməyə davam edir",- deyə istehza ilə paylaşımlar edirlər.

Bildirilir ki, araşdırma tələb edən növbəti fakta Krasnoyarskdakı mağazalardan birində rast gəlinib. Orada "Klassik basdırma" adlı əsgər yeməyi satışa çıxarılıb. İstehsalçı "Bayazet" şirkəti göstərilir. Qablaşdırmanın üzərində "Əsgərin qida rasionu" və "satış üçün deyil" sözləri yer alıb.

"Bunu necə başa düşmək olar? Bir ünvana göndərilir və başqaları tərəfindən qəbul edilir?",- deyə "Sputnik Ermənistan" baş verənlərə reaksiya bildirib.

Ancaq burada təəccüblü bir şey yoxdur - həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də indi Ermənistan ordusundakı korrupsiya sxemi ləğv edilməyib. Əksinə qaldığı yerdən və daha müətəşəkkil formada davam edir. (azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin