Ukrayna ilə müharibə sayəsində Rusiya satqınlardan təmizlənəcək - Peskov 

Hazırda oxunan: Ukrayna ilə müharibə sayəsində Rusiya satqınlardan təmizlənəcək - Peskov 

65360

Ukraynanın işğalı, Qərbin sanksiyaları və dünyanın aparıcı şirkətlərinin bazardan kütləvi şəkildə çıxmasından sonra Rusiya yaşamaq üçün əlverişli yerə çevrilməyib.  

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Rusiya Federasiyasının minlərlə vətəndaşı ölkəni tərk etməyə və mümkün olan hər yerə, məsələn, Gürcüstana və ya İsrailə getməyə başladılar.

Vladimir Putin belə insanlara “satqın” damğası vurub. Rusiya prezidentinin sözlərinə görə, Ukraynadakı müharibə ölkənin onlardan “təmizlənməsinə” kömək edəcək” – deyə Peskov qeyd edib.

O, prosesin necə keçəcəyini açıqlayıb:

“Bu, avtomatik baş verəcək - “satqınların” özləri yaşadıqları yerlərini tərk edəcək, bəziləri isə qanun çərçivəsində cəzalandırılacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin