Rusiyanın BMT-yə üzvlükdən məhrum edilməsi ssenarisi açıq-aşkar real deyil, təşkilatın Təhlükəsizlik Şurası (TŞ) belə bir tövsiyə verə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ-ın Ukraynaya silah tədarükü sülh gətirməyəcək” - Zaxarova
“Rusiyanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyündən məhrum edilməsi ssenarisi açıq şəkildə həyata keçirilə bilməz. Ümumdünya Təşkilatının Nizamnaməsinin 6-cı maddəsində həqiqətən də Baş Assambleyanın tövsiyəsi əsasında bir dövlətin BMT-dən çıxarılmasının mümkünlüyü nəzərdə tutulur.
Təhlükəsizlik Şurası çətin ki, belə bir tövsiyə versin. Çünki müvafiq qətnamənin qəbulu üçün təkcə doqquz lehinə səs deyil, həm də beş daimi üzvün razılığı tələb olunacaq”, - Zaxarova qeyd edib.
Bizim.Media