Rusiya Müdafiə Nazirliyi Ukraynada iri yaşayış məntəqələrinin tam nəzarətə götürülməsini istisna etmir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Müdafiə Nazirliyi mülki əhalinin maksimum təhlükəsizliyini təmin etməklə yanaşı, humanitar evakuasiya üçün istifadə edilən zonalar istisna olmaqla, bu gün praktiki olaraq mühasirəyə alınmış iri yaşayış məntəqələrinin tam nəzarət altına alınması imkanını istisna etmir", - deyə Kreml sözçüsü qeyd edib.
O, Rusiya silahlı qüvvələrinin müasir yüksək dəqiqlikli silahlardan istifadə etdiyini, yalnız hərbi və informasiya infrastrukturunu vurduğunu söyləyib.
“Rusiya rəhbərliyinin Ukraynada xüsusi əməliyyat keçirməklə bağlı bütün planları “əvvəlcədən təsdiq edilmiş müddət ərzində tam həcmdə həyata keçiriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Region
17:28 / 14.03.2022
Peskov GİZLƏTMƏDİ - Rusiya Ukraynanın böyük şəhərlərini tam nəzarət altına ala bilər
Hazırda oxunan: Peskov GİZLƏTMƏDİ - Rusiya Ukraynanın böyük şəhərlərini tam nəzarət altına ala bilər
Hazırda oxunan: Peskov GİZLƏTMƏDİ - Rusiya Ukraynanın böyük şəhərlərini tam nəzarət altına ala bilər
64745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.