Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyanı prezident iqamətgahında respublikanın yeni seçilmiş prezidenti Vaaqn Xaçaturyan və xanımı Anahit Minasyan tərəfindən qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı hökumətin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, görüşdə Paşinyan Xaçaturyanı prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona bu məsuliyyətli işdə uğurlar arzulayıb.
Baş nazir Xaçaturyanın Ermənistan üçün çox mühüm bir dövrdə vəzifəyə başladığını qeyd edərək, zəngin həyat təcrübəsindən Ermənistanın və erməni xalqının rifahı naminə istifadə edəcəyinə əminliyini ifadə edib.
Vaaqn Xaçaturyan etimada görə təşəkkür edib, Ermənistan üçün çətin olan bu dövrdə üzərinə götürdüyü böyük məsuliyyətin fərqində olduğunu vurğulayıb.
O, Ermənistan Respublikasının Prezidenti institutunun bundan sonra da milli problemlərin həllinə xidmət edəcəyini qeyd edib, fəaliyyətini yalnız ölkəsinin və xalqının rifahına yönəldəcəyini vurğulayıb.
Bizim.Media