Ermənistanın yeni prezidenti rəsmən vəzifəsinin icrasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər “Sputnik Ermənistan” nəşrində yayımlanıb.
Mənbə yazır ki, Vaaqn Xaçaturyan sağ əlini Konstitusiya və Müqəddəs Kitabın üzərinə qoyaraq and içib:
“Ermənistan Respublikasının Konstitusiyasına sadiq qalacam, öz səlahiyyətlərimi həyata keçirərkən qərəzsiz olacam, yalnız ümumi dövlət və milli maraqları rəhbər tutacam, bütün gücümü milli birliyin möhkəmləndirilməsi işinə sərf edəcəm”.
Bizim.Media