Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı – Ukraynaya görə 

Hazırda oxunan: Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı – Ukraynaya görə 

64056

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə yaydığı müraciətdə hazırda ona sağlam düşüncə, sağlamlıq və güc lazımdır deyə qeyd edib: 

“2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam. Onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Eyni xahiş daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Buna görə də aclıq aksiyasını 20-ci günündə dayandırıram. Biz qələbəni tam hazırlıqlı vəziyyətdə qarşılamalıyıq”.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin